Azerbaycanlı yazar. 1990 yılında Bakü’nün Yeni Surahanı kasabasında doğan Nemət Mətin, genç kuşak Azerbaycan edebiyatının en önemli ve etkili yazarları arasında yer alıyor. Azerbaycan yazın dilini kullanmada yetkin, duru bir anlatım ve kurgu gücü yüksek bir öykücü profili çiziyor eserlerinde. Mətin’in hayata bakış açısı, kovid, savaş, hayat koşulları yaşadığı ortam elbette öykülerinde karamsarlık yarattığı da söylenebilir. Bu da onun yaşadığı çevresini iyi gözlemlediğini, ortaya koyduğu eserlerinin ne denli gerçekçi olduğuna kanıt gösterilmiştir..
Nemət
Mətin’in 2020 yılında yayınlanan “Sonuncu Uçuş” adlı öykü kitabı Türkiye’de
okurla buluştu. Artshop Yayınları arasından çıkan olan kitabı, gazeteci,
şair-yazar İbrahim Tığ ile Bülent Ecevit Üniversitesi (BEÜ) Doktor Öğretim
Üyesi Rövşen Memmedov Türkiye Türkçesi’ne çevirdi.
Önsözünü
İbrahim Tığ’ın kaleme aldığı ve “Son Uçuş” adıyla yayınlanan kitapta 80
sayfalık kitapta 17 öykü yer alıyor.
KAYNAK:
Necef Esgerzade / Nemət Mətin - Yazıçının işi (edebiyyat.az, 13 Oktyabr 2019), İbrahim
Tığ / Azerbaycanlı
Yazar Nemət Mətin’in Kitabı Türkiye’de Yayınlanıyor (Sosyal medya paylaşımı,
01.04.2022).
Yazıçı gərək ayrı işdə işləməsin. Çünki
yazıçılıq özü ağır işdir. Həm ağırdı, həm də məsuliyyətli. Yazıçı başqa işlərdə
çalışarsa, o işinə uyğun yazı yazır. Məsələn, Anton Çexov və Rafiq Tağı hekayələr
yazırdılar. Roman yazmağa vaxtları qalmırdı. Həkim idilər. Gördükləri və
eşitdikləri əhvalatlar çox idi. Roman yazmaq üçün isə yaşamalısan.
Tolstoy
işləmirdi. Özünü dərk etmək üçün kəndçilərlə birgə əkin əkir, ovçularla ov
edirdi. İki dəfə müharibə iştirakçısı olur. Öz ideogiyasını tapmaq üçün xeyli
kitab oxuyur və özünə lazım olan müəlliflərin kitabını yazıldığı dildə oxumaq
üçün həmin ölkələrə gedir. Boynundan xaçı çıxararaq J.J. Russonun şəkli olan
medalyonu boynundan asır.
Aydın Canıyev hekayə yazsa belə, jurnalistika
xətti hiss olunur. Eləcə də qəzet, jurnal, sayt redaktorları yazarkən cümlənin
formasına uyaraq əsas mahiyyəti unudurlar. Tərcüməçilər isə romanlarında bir
çox yeni sözlərdən istifadə edir, amma sujet xətti qurarkən adi alınır.
Vəzifə adamları isə ümumiyyətlə qələmdən uzaq
düşürlər. Yazdıqları quru, sönük, qara alınır. Ən bədbəxt insanlardır. Hətta əvvəl
yazdıqları oxunan yazıçılar vəzifəyə gələndən sonra yaza bilmirlər. Bir var
istedad əvvəldən olmasın, bir də var sonradan onu məhv edəsən. Məsələn, Anarın əvvəl
yazdıqları maraqlıdır. "Dantenin yubileyi" şedevr saymaq olar. Amma vəzifə
onun gözlərini yumdu. Mopassan fahişələrlə gün keçirdiyi üçün həm maraqlı hekayələr
eşidir, həm də əylənirdi. Üstəlik xəstəliyə yoluxmuşdu.
Yazıçı müharibə dövründə arxa cəhbədə döyüşən əsgərdir.
Yazıçı ölkənin ən çətin anlarında onu qoruyan mələkdir. Yazıçı qələmi ilə bir
tarixi məkanı, bir insanı xilas edə bilər. Məsələn, Viktor Hüqo "Paris
Notre Dam kilsəsi" əsərini sevgi romanı düşünərək yazmayıb. Kilsəni
inqilabçılardan qorumaq üçün yazıb. Kilsə kralın idarəçiliyi altında olduğu
üçün dağıdılırdı. Bir neçə dəfə hücuma məruz qalıb. Hüqo təsadüfən əsərin əvvəlində
Fransa tarixindən, kilsənin ecazkar quruluşundan, mistik aurasından yazmayıb. Məhz
kilsənin xilası üçün yazmışdı. Bu yaxınlarda yanıb kül olan kilsəni görsəydi ürəyi
patlayardı. Böyük romanlar uzaqgörən yazıçıların qələmindən süzülərək bəşəriyyətin,
insanların qorunmasına hesablanaraq əmələ gəlir. Təəssüflər olsun ki, Azərbaycanda
bu gün yazıçılar müxtəlif işlərdə işləməyə məcbur olurlar. Kitabları satılmır,
reklamları qurulmur, şəhərdən kənara çıxa bilmirlər və sair və ilaxır. Sovet
dövründə yazıçının kitabı gec çıxsa da yayılırdı və böyük tirajla çap olunurdu.
Üstəlik bütün sovetlər ölkəsində oxunurdu. Bu gün xaricdə kitabı çıxan müəllif
nobel alırmış kimi sevinir. Bölgələrdə kitabı yayılmayan yazıçı birdən dünyaya
çıxır və şok keçirir. Bu gün yazıçılar publikaya işləməklə ədəbi güclərini zəiflədirlər.
Ciddi əsərlərin oxunmadığını görərək başqa yollara əl atırlar. Bayağı sevgi
romanları ilə tanınmağa çalışırlar. Dostoyevskinin üsulu isə artıq çoxdan köhnəlib.
Ciddi ədəbiyyat oxumaq və yazmaq çıxış yolu deyil. Artıq reklam dövrüdür. Azərbaycanda
sırf kitabların reklamı ilə məşğul olan birlik yoxdur.
Azərbaycan
həkimləri türkiyədən sifariş etdikləri tibbi kitablar 15 il öncə türk həkimlərin
oxuduğu kitablardır. Hər işdə bir neçə il geridə qalırıq.
Üç-beş
qəzet, jurnaldan kiçik məbləğ qarşılığında çap olunmaq isə yazıçıları xilas
etmir. Acınacaqlı vəziyyətdir. Yazıçılara ayrılan pullar isə hara gedir
bilinmir. Yazıçılar tamada xəstəliyinə yokuxublar. Ciddi deyirəm. Sanki yağlı təbrik
guppuldadıb varlı adamlardan mükafat almaq trendə çevrilib. Ali məqsəd bu
deyil. Yazıçının ali məqsədi öz dövründə və öz dövründən sonrakı dövrün
insanlarına xidmət etməkdir. Onları bir növ ayıltmaq, yaş saxlamaq əsas
missiyadır. Yazdıqca əsəbləşirəm. Bizi bu günə qoyanları qınayıram. Bizim gələcəyimiz
təhlükə altındadır. Axı mən də yazıçı olmaq istəyirəm...
KAYNAK:
Necef Esgerzade / Nemət Mətin - Yazıçının işi (edebiyyat.az, 13 Oktyabr 2019),